Bakıda əlilliyi olan şəxslər üçün fashion şou keçiriləcək

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Beynəlxalq əlilliyi olan şəxslər günündə “Kekalove Adaptive” tərəfindən əlilliyi olan modellərlə birgə fashion şou keçiriləcək.

İndex.az xəbər verir ki, “Kekalove Adaptive” startapının təşkilatçılığı, “Hyatt Regency” otelinin ev sahibliyi, Almaniya və Fransa Səfirliyinin dəstəyi ilə artıq ikinci dəfə əlilliyi olan şəxslər tərəfindən adaptiv geyimlərin təqdimatı keçirilicək. Tədbirin məqsədi əlilliyi olan şəxslərin ehtiyaclarını nəzərə alan xüsusi geyim dizyanlarını - adaptiv geyimləri nümayiş etdirməkdir. Şou “Kekalove Adaptive” və KekaMaps.com tərəfindən birgə keçirilən İnklüziya Fesitvalının bir hissəsi kimi təşkil olunur.

Fashion şou dekabrın 3-ü saat 19:00-da “Hyatt Regency” otelində baş tutacaq. Tədbirdə Fransanın Azərbaycandakı səfiri Zaxari Qros və digər diplomatik missiyaların xarici nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, “Kekalove Adaptive” 2019-cu ildən fəaliyyət göstərir. Sosial biznesin məqsədi əlilliyi olan şəxslər üçün rahat və dəbli geyimlər hazırlamaqdır. “Kekalove Adaptive Creative Spark Big İdea” biznes müsabiqəsinin və “Start.up! Germany Tour” müsabiqəsinin qalibi və 2020-ci il Yunus&Youth sosial biznes akseleratorunun məzunudur. Bu fashion şou startapın bu qəbildən sayca ikinci tədbiridir.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT