“Azərişıq” küləkli hava ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Ötən gündən başlayan güclü külək səbəbiylə “Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

İndex.az xəbər verir ki, bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, Bakıda və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Öncədən ərazilərə əlavə mal-material göndərilib və maşın-mexanizmlərin cəlb ediliməsi ilə bağlı tapşırıq verilib.

Bəzi ərazilərdə güclü külək ağacları, dam örtüklərini və kənar əşyaları xətlərin üzərinə aşırıb və qəzalara səbəb olub. Nəticədə naqillər və dayaqlar yayrsız hala düşüb. Dərhal əraziyə cəlb olunan Qəza xidmətinin əməkdaşları müəyyən vaxt çərçivəsində bərpa işləri həyata keçirib. Gecə boyu fasiləsiz iş rejimində çalışan Qəza xidməti əksər qəza yerlərini qısa vaxtda elektrik enerjisi ilə təmin edib. Bakı şəhəri üzrə qəzalar aradan qaldırılmış, Regionlarda bir neçə ünvanda qəzaların aradan qaldırılması işləri yekunlaşmaq üzrədir.

"İstehlakçılar elektrik enerji təchizatı ilə əlaqədar qarşılaşdıqları çətinliklərlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar", - deyə qurum bəyan edib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT