4 bankın depozit portfeli 1 milyard manatdan çoxdur

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il oktyabrın 1-nə depozit portfeli 1 milyard manatdan çox olub.

İndex.az xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (6 milyard 753 milyon 946 min manat), “Kapital Bank” (4 milyard 558 milyon 804 min manat), “PAŞA Bank” (4 milyard 528 milyon 247 min manat) və “Xalq Bank” (1 milyard 426 milyon 132 min manat) ASC-lərdir.

Qalan 22 bankdan 18-də depozit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır.

Azərbaycanda 5 bankın depozit portfeli azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il oktyabrın 1-nə depozit portfeli illik müqayisədə az olub.

Bunlar “Premium Bank”, “Xalq Bank”, “Azərbaycan Sənaye Bankı” və “AFB Bank” ASC-lər, Pakistan Milli Bankının Bakı filialıdır.

Ən çox azalma Pakistan bankında (85,9%), ən az azalma isə “Premium Bank”da (0,6%) qeydə alınıb.

Qalan 21 bankın isə depozit portfeli artıb. Ən yüksək dinamika “Naxçıvan Bank” ASC-də (79,9%), ən aşağı dinamika isə “Yapı Kredi Bank Azərbaycan” QSC-də (0,3%) qeydə alınıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT