İlon Mask "Tesla" səhmlərinin bir hissəsini satdı

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Amerikalı sahibkar İlon Mask (Elon Musk) ona məxsus Tesla şirkətinin səhmlərinin bir hissəsini satıb. Satış "Twitter"də sorğudan bir neçə gün sonra baş tutub.

İndex.az xəbər verir ki, bu barədə çərşənbə günü Bloomberg  məlumat yayıb.

Agentlik qeyd edir ki, sahibkar 2016-cı ildən bəri ilk dəfə qiymətli kağızlar satıb.

Mask şənbə günü "Twitter"dəki izləyicilərindən sorğunun nəticələrinə sadiq qalacağını deyərək Tesla səhmlərinin 10%-ni satıb-satmayacağına qərar vermələrini istəyib. Nəticədə 3,5 milyondan çox seçicinin 57,9%-i qiymətli kağızların mümkün satışını dəstəkləyib. Bundan sonra sahibkar bildirib: “Mən istənilən nəticəni qəbul etməyə hazır idim”.

Real vaxt rejimində aparılan Forbes Milyarder Reytinqinə görə, noyabrın 1-də İlon Mask tarixdə sərvəti 300 milyard dolları keçən ilk şəxs olub.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT