“YouTube” bu funksiyanı izləyicilərdən gizlədəcək

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Artıq “YouTube” videonun altındakı “bəyənməmə” işarəsinə toxunanların sayını yalnız müəllif görə biləcək.

İndex.az xəbər verir ki, bu barədə “YouTube” onlayn video hostinqinin bloqunda bildirilib.

Bir sözlə, videoların “bəyənməmə” sayı izləyicilərdən gizlədiləcək.

Dəyişikliklərin noyabrın 10-dan qüvvəyə minəcəyi bildirilib.

Tərtibatçılar bunu rahat onlayn mühit yaratmaq məqsədilə edilmiş düzgün və zəruri addım hesab edirlər.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT