Mikayıl Cabbarov: "Sahibkarlara 62 milyon manat faiz subsidiyası verilib"

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Koronavirus (COVID-19) pandemiyasına görə Azərbaycanda bu il noyabrın 1-nə 243 mindən çox muzdlu işçiyə 250 milyon manata vəsait ödənilib.

İndex.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində bildirib.

Bundan başqa, onun sözlərinə görə, 28 minə yaxın fərdi və mikro sahibkara 113 milyon manatdan çox maliyyə dəstəyi göstərilib.

"Pandemiyanın iqtisadiyyata təsierlərini yumşaldılması üzrə fəaliyyətlərdən biri də sahibkarlara yeni verilən bank kreditlərinin 60%-nə dövlət zəmanətinin verilməsi, habelə onların banklar qarşısındakı borclarına görə faizlərin subsidiyalaşdırılmasıdır. Belə ki, bu ayın əvvəlinə bankların sahibkarlara yeni verdiyi 500 milyon mantlıq kreditləri çərçivəsində məbləği 399 milyon manat təşkil edən 1 900 müraciət üzrə 233 milyon manat dövlət zəmanəti verilib. Eyni zamanda faiz subsuidiyası üzrə nəzərdə tutulan 1 milyard manatlıq kredit portfelinin 900 milyon manatlıq hissəsi üzrə 62 milyon manat faiz subsidiyasının verilməsi təsdiqlənib", - o qeyd edib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT