Büdcədə 1,5 milyard manat qalıq yaranacağı gözlənilir

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

"Bu ilin 9 ayında Azərbaycanda iqtisadi sahədə olduqca müsbət nəticələrə nail olunub. Ölkə iqtisadiyyatı koronavirus (COVID-19) pandemiyasının yaratdığı tənəzzüldən sonra sürətlə bərpa olunmaqdadır".

İndex.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində bildirib.

"Yanvar-sentyabr aylarında ölkədə ümumi daxili məhsulun real artımı 4,8%, o cümlədən qeyri-neft sektoru üzrə artımı 6,2% təşkil edib. Dövlət büdcəsinin vergi və gömrük daxilolmaları proqnozda nəzərdə tutulandan müvafiq olaraq 1 milyard 67 milyon manat (20,2%) və 352 milyon manat (12,4%) artıq olub. Bu isə xərclərin proqnozdan az icra edilməsi şəraitində büdcədə 159 milyon manat qalığın yaranmasına səbəb olub. Halbuki, proqnoza görə 839 milyon manat büdcə kəsiri olmalı idi.

Bu ilin sonuna büdcə qalığının 1,5 milyard manat olacağı gözlənilir. Belə olan şəraitdə Dövlət Neft Fondundan (ARDNF) transfertinin 850 milyon manat az həyata keçirilməsi, həmin qənaət olunmuş vəsaitin gələn ilə ötürülməsi məqsədəuyğun hesab edilib", - o deyib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT