Büdcədən əlavə məşğulluq üçün 272 milyon manat xərclənəcək

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Gələn il Azərbaycanda aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımı üçün dövlət büdcəsindən 258 milyon manat vəsait ayrılacaq.

Index.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şəridov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində bildirib.

Bundan başqa, nazir qeyd edib ki, məşğulluq strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər əhatə edən Tədbirlər Planının icrası, məşğul insanların əhatə dairəsinin genişləndirilməsi, bu məqsədlə əlavə məşğulluğun təşkil edilməsi üçün büdcədə 272 milyon manat vəsait nəzərdə tutulub.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT