Asiyanın ən bahalı mənzili satıldı - QİYMƏT

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Asiyada ən bahalı apartament Honkonqda 82 milyon dollara satılıb.

İndex.az bu barədə "South China Morning Post"a istinadən xəbər verir.

Söhbət milyarderlərin məskunlaşmağa üstünlük verdiyi "Mount Nicholson" yeni yaşayış kompleksində dəbdəbəli daşınmaz əmlakdan gedir. Razılaşmaya daxil olan üç parkinq yeri də daxil olmaqla mənzilin hər kvadrat futu (0.09 kvadratmetr) alıcıya 18 min dollara başa gəlib ki, bu da Asiya regionunda rekord qiymət sayılır.

Bundan əlavə, adı açıqlanmayan eyni investor həmin kompleksdə 72 milyon dollara daha bir mənzilə sahib olub.

Rieltorların sözlərinə görə, Honkonqda dəbdəbəli daşınmaz əmlaka tələbat pandemiyanın əvvəlindən qapalı olan materik Çinlə quru sərhədinin dekabrın ortalarından etibarən səyahətlər üçün tədricən açılması planları barədə xəbərlərdən dərhal sonra yenidən artmağa başlayıb.

Qeyd edək ki, bu yay eyni yaşayış kompleksində avtomobil üçün dünyanın ən bahalı park yeri 1.3 milyon dollara satılıb.

Honkonqun kommersiya daşınmaz əmlak bazarı dünyanın ən bahalı bazarı hesab olunur. Rieltorlar mənzillərin, ofislərin və pərakəndə satış sahələrinin astronomik qiymətlərini bazarda yüksək tələbatla, o cümlədən materik Çindən olan investorlar tərəfindən pulsuz torpaq və təklifin olmaması ilə izah edirlər. Keçən həftə Honkonqun mərkəzində bir torpaq sahəsi dövlət hərracında rekord qiymətə - 6.5 milyard dollara satılıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT