Dövlət büdcəsinin yerli xərcləri 14% artırılır

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Gələn il Azərbaycanın dövlət büdcəsində yerli gəlirlərin 941,5 milyon manat, yerli xərcləri isə 979 milyon manat təşkil edəcəyi gözlənilir.

İndex.az xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə müvafiq olaraq 16,9% və 13,9% çoxdur.

Yerli xərclərin 380,8 milyon manatını təhsil xərcləri, 202 milyon manatını ətraf mühitin mühafizəsi xərcləri, 162,3 milyon manatını yerli icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri, 143,9 milyon manatını mənzil-kommunal təsərrüfatı xərcləri, 43,7 milyon manatını nəqliyyat və rabitə xərcləri, 15,6 milyon manatını mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti xərcləri, 30,7 milyon manatını isə digər xərclər təşkil edəcək.

İqtisadi təsnifata uyğun olaraq ki, yerli xərclərin 368,7 milyon manatı əməyin ödənişi xərcləri, 342,1 milyon manatı iş və xidmətlərin alınması xərcləri, 126,5 milyon manatı malların satın alınması xərcləri, 98,2 milyon manatı qeyri-maliyyə aktivlərinə aid xərclər, 40,9 milyon manatı subsidiyalar, 2,6 milyon manatı isə sosial ödəniş xərcləri olacaq.

Gələn il Azərbaycanın 66 şəhər və rayonundan 51-i xərclərini büdcədən dotasioya almadan – öz gəlirləri hesabına təmin edəcək. Həmin bölgələrin arasında yeni əlavə olunmuş Ağdaş, Ağstafa, Füzuli, Gədəbəy, Samux, Şuşa, Tərtər, Ucar və Zaqatala var. Qalan 15 şəhər və rayona isə 37,5 milyon manat dotasiya ayrılacaq. Bu isə illik müqayisədə 30,9% azdır.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT