"Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi qarşıdan gələn 8 noyabr - Zəfər Günü və 9 noyabr - Dövlət Bayrağı Günündə gücləndirilmiş iş rejimində çalışacaq.

İndex.az xəbər verir ki, bu barədə "Azəriqaz"dan bildirilib.

Məlumata görə, İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin əməkdaşları Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində saat 10:00-dan 14:00-a qədər xidmət göstərəcəklər.

"Azəriqaz" qarşıdan gələn bayramlar münasibətilə xalqımızı təbrik edir və abonentlərimizdən bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edir", - deyə qurum bəyan edib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT