Koronavirusa yoluxanların bu günə olan statistikası

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2500 yeni yoluxma faktı qeydə alınıb, 2243 nəfər müalicə olunaraq sağalıb.

İndex.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

Ölkədə ümumilikdə 544 650 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 505 767 nəfər müalicə olunaraq sağalıb, 7 241 nəfər vəfat edib, aktiv xəstə sayı 31 642 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 017, ötən müddət ərzində isə ümumilikdə 5 271 849 test aparılıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT