Koronavirusla mübarizəyə büdcədən 350 milyon manat ayrılacaq

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Gələn ilin dövlət büdcəsindən koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin davam etdirilməsinə 350 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

İndex.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2022-ci il üçün dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı”nda əksini tapıb.

Ayrılan vəsait vaksinlərin, testlərin (reagentlərin), dərman, tibbi ləvazimatların, avadanlıqların və digər malların alınması və xidmətlərin göstərilməsi, həmçinin dövlət, eləcə də özəl və təsərrüfathesablı tibb müəssisələrində çalışaraq mübarizə tədbirlərində iştirak edən işçilərin əməkhaqqlarına aylıq vəzifə (tarif) maaşlarına müəyyən edilmiş (3-5 misli miqdarında) müddətli əlavələrin ödənilməsi və modul tipli xəstəxanaların saxlanılmasına sərf olunacaq.

Eyni zamanda səhiyyə sahəsində digər xidmətlərin maliyyələşdirilməsi xərcləri hesabına pandemiya şəraitində əhalinin sağlamlığının qorunması, sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması məqsədilə 2022-ci ilin dövlət büdcəsində sanitar-epidemioloji tədbirlər üçün 40,8 milyon manat vəsait proqnozlaşdırılıb.

Qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 788,6 milyon manat vəsait nəzərdə tutulub.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT