DSMF-nun bu il gəlirlər üzrə proqnozunu 98% yerinə yetirəcəyi gözlənilir

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ümumi gəlirlərinin ilin sonuna 5053,9 milyon manat və yaxud proqnoz göstəricisinin 98,2%-i həddində olacağı planlaşdırılır.

İndex.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "DSMF-nin 2022-ci il büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Bundan başqa, sənəddə deyilir ki, fondun ümumi gəlirlərinin tərkib elementi olan Məcburi Dövlət Sosial Sığorta Haqqları üzrə gəlirlər isə ilin sonuna 3 736,7 milyon manat təşkil edəcək.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT