Bazar günü hava necə olacaq?

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb.

İndex.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında ssasən yağmursuz. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.Havanın temperaturugecə 4-8° isti, gündüz 14-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT