“Azərpoçt” bayram günlərində işləyəcək

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC 8 noyabr - Zəfər Günü və 9 noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.

İndex.az xəbər verir ki, bu barədə "Report"a şirkətdən bildirilib.

Məlumata görə, bayram günlərində Bakıda yerləşən Mərkəzi Poçt Şöbəsi saat 09.00-dan 18.00-a, 2 saylı poçt filialının 63 (MXŞ) saylı poçt şöbəsi saat 10.00-dan 17.00-a, 124, 138, 144 saylı poçt şöbələri saat 09.00-dan 17.00-a, 3 saylı poçt filialının 2(MXŞ), 40 saylı poçt şöbələri saat 10.00-dan 17.00-a, 4 saylı poçt filialının 44 (Şəbəkə) saylı poçt şöbəsi saat 09.00-dan 17.00-a qədər işləyəcək.Regionlardakı Müştəri Xidməti şöbələri saat 10:00-dan 17.00-a qədər vətəndaşlara xidmət göstərəcək.

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pul köçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT