Məcburi köçkünlərin sosial müdafiə xərcləri 1% artırılır

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Gələn il Azərbaycanın dövlət büdcəsindən məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədi ilə 367,4 milyon manat vəsait ayrılacaq.

İndex.az xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 0,8% çoxdur.

O cümlədən, məcburi köçkün statusu olan və ona bərabər tutulan şəxslərə (500 min nəfərə yaxın) 60 manat olmaqla vahid aylıq müavinətin verilməsi 340 milyon manat, onların istehlak etdiyi kommunal xidmətlərinin haqqının qarşılanması üçün 19,6 milyon manat, digər tədbirlər üçün isə 4,8 milyon manat vəsait nəzərdə tutulub.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT