AZAL Səudiyyə Ərəbistanının bu şəhərinə xüsusi reyslər yerinə yetirəcək

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycan Hava Yolları” QSC (AZAL) Səudiyyə Ərəbistanının Ciddə şəhərinə xüsusi reyslərin həyata keçirilməsinə başlayır.

Index.az bu barədə AZAL-a istinadən xəbər verilir.

Məlumata görə, uçuşlar noyabrın 25-dən həftədə bir dəfə, cümə axşamı günləri “Airbus A319/320” təyyarələri ilə yerinə yetirəcək.

Aviabilet satışı aviaşirkətlərin www.azal.az rəsmi saytında, həmçinin aviadaşıyıcıların akkreditə olunmuş agentliklərində həyata keçirilir.

Reyslərə yalnız COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən mövcud məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Səudiyyə Ərəbistanına səyahəti planlaşdıran Azərbaycan vətəndaşları bu ölkə ərazisinə giriş hüququna malik olmalıdırlar. Pandemiya dövründə Səudiyyə Ərəbistanına giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-saudi-arabia

Azərbaycanda COVID-19 testindən keçmək üçün klinikaların siyahısı aviaşirkətin rəsmi

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT