Kino və teatr sahəsinə 6.5 milyon manat ayrılacaq

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

2022-ci il dövlət büdcəsindən Azərbaycan kinosunun inkişafı ilə bağlı xərclərə 6.5 milyon manat vəsait yönəldiləcək.

İndex.az xəbər verir ki, bu, “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, dünyanın nüfuzlu televiziya kanallarında Azərbaycan mədəniyyətinin təbliği üçün 2.0 milyon manat və Azərbaycan teatrının inkişafına maliyyə dəstəyi üçün 1.6 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

Növbəti il dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərclərinə 3.9 milyon manat sərf olunacaq.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT