Bu şagirdlərə görə ödənilən müavinət 2 dəfədən çox qaldırılır

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Xüsusi təhsilə cəlb olunan şagirdlərin qanuni nümayəndələrinə ödənilən müavinətin məbləği artırılır.

İndex.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, xüsusi təhsilə cəlb olunan 12 380 nəfərin valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisələrinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda ödənilən müavinətin məbləği 22 manatdan 50 manata (2.3 dəfə çox) çatdırılacaq.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT