Dövlət Vergi Xidmətinin büdcə yükü 22% artırılır

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Gələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 8 820 milyon manatını və yaxud 32,9%-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təmin edəcək.

İndex.az xəbər verir ki, bu məsələ "2022-ci il icmal büdcə zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 21,7% çoxdur.

Vergi orqanlarının xətti ilə daxilolmalarım 1 980 milyon manatı və yaxud 22,4%-i neft, 6 840 milyon manatı və yaxud 77,6%-i isə qeyri-neft sektorunun payına düşəcək.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT