Büdcə gəlirlərinin 55%-i neftin hesabına formalaşacaq

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Gələn il Azərbaycanın dövlət büdcəsində gözlənilən 26 816 milyon manat gəlirin 14 690 milyon manatı və yaxud 54,8%-i neft sektorunun, 12 126 milyon manatı və yaxud 45,2%-i isə qeyri-neft sektorunun hesabına formalaşacaq.

İndex.az xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bunlar, bu ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə müvafiq olaraq 6,6% və 4,1% çoxdur.

Büdcənin neft gəlirlərinin 12 710 milyon manatını və yaxud 86,5%-ni Dövlət Neft Fondundan (ARDNF) transfertlər, 1 980 milyon manatını və yaxud 13,5%-ni isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcək. O cümlədən gələn il SOCAR-ın büdcə ödənişləri 1 350 milyon manat, Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi ödəmələri isə 630 milyon manat təşkil edəcək.

Büdcənin qeyri-neft gəlirlərinin isə 6 840 milyon manatı və yaxud 56,4%-i vergi orqanlarının xətti ilə daxilolmalar, 4 260 milyon manatı və yaxud 35,1%-i gömrük orqanlarının xətti ilə daxilolmalar, 1 026 milyon manatı və yaxud 8,5%-i isə digər gəlirlər olacaq.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT