Image description

Bakıda, Ağ şəhərdə Moldova şərablarının və konyaklarının satışı mağazası açılıb. Bu, Azərbaycanda ilk belə mağazadır. “Cricova” firma-mağazasında Moldovanın məşhur şərab növləri, o cümlədən “Cricova”, “Mimi”, “Gitana”, “Galaraşi”, “Kvint”, “Barza Alba” şərab və konyakları təklif edlir.
Firma-mağaza Moldova şərablarını Azərbaycana idxal edən “AN İnvestment” şirkəti tərəfindən açılıb və unikal konseptə malikdir. Belə ki, mağazada satış salonu ilə yanaşı müştərilərin Moldova içkilərinin dadına baxa bilməsi üçün kiçik zirzəmi-salon da yaradılıb. Orada müştəri istədiyi şərabın və ya konyakın dadına baxa, dəyərləndirə və daha sonra seçdiyi məhsulu ala bilər.

Moldovanın əfsanəvi “Cricova” şərabları artıq Bakıda


Mağazanı “AN İnvestment” şirkətinin təsisçiləri və rəhbərləri-Nurəddin Əzimbəyov, Abbas Əliyev və Niyaməddin Mustafayev təqdim ediblər. N.Mustafayev Moldovanın məşhur “Cricova” şərab istehsalı müəssisəsinin tarixindən, onun kilometrlərlə uzanan yeraltı şərab zirzəmilərindən bəhs edib. Şərab ölkəsi kimi tanınan Moldovanın mərkəzi hissəsində yerləşən bu zirzəmi yeraltı şərab çarlığını xatırladır. Dünyada özünün unikal yeraltı labirinti və şübhəsiz ki, ənənəvi üsullarla, xüsusi seçilmiş üzüm sortlarından çəkilən möhtəşəm şərabları ilə məşhur olan “Cricova” kombinatı ötən əsrin 50-ci illərindən fəaliyyət göstərir.





Səhmləri hələ də dövlətə məxsusdur, çünki Moldova dövləti bu unikal kombinatı strateji aktiv hesab edir və özəlləşdirmək niyyətində deyil.
Mağazanın açılışında Moldovanın Azərbaycandakı müvəqqəti işlər vəkili Nikolay Kojuhar, Rumıniya səfirliyinin müşaviri Kristian Dacica, Ukrayna səfirliyinin nümayəndəsi, iş adamları, ictimaiyyət nümayəndələri iştirak edib. Moldovanın müvəqqəti işlər vəkili Nikolay Kojuhar bildirib ki, “AN İnvestment” şirkətinin səyləri sayəsində Azərbaycanda ilk dəfə Moldova şərabları mağazasının açılması iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından əlamətdar hadisədir. Diplomat mağazanın açılmasını alqışladığını bildirib və deyib ki, tezliklə Bakıda “Cricova” mağazalarının sayının artacağına inanır. Çünki Moldova şərablarının və içkilərinin öz dadına, keyfiyyətinə görə tezliklə Azərbaycanda tanınacağına şübhə etmir.
Mağaza Ağ şəhərdə, Bulvar küçəsində yerləşir. Orada “Cricova” şərabları ilə yanaşı Moldovanın daha üç şərab istehsalçısı təmsil olunur.











virtualaz.org