Turizmə büdcədən 59 milyon manat xərclənəcək

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Gələn il Azərbaycanda turizm infrasturkturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsi, regionlarda turizm fəaliyyətinin stimullaşdırılması üçün dövlət büdcəsindən 58,6 milyon manat vəsait ayrılacaq.

İndex.az xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bunun 2,5 milyon manatı mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətə, 56,1 milyon manatı isə iqtisadi fəəaliyyətə yönəldiləcək. O cümlədən, Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC xərclərinin ödənilməsi üçün büdcədən 12 milyon manat alacaq.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT