Azərbaycan Milli Elmlər Akademiyasına çəkilən xərclər 15% artırılır

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycanda gələn il elm üçün dövlət büdcəsindən 0,203 milyard manat xərclənəcək.

İndex.az xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, gələnilki büdcə xərclərinin 0,7%-i deməkdir, 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 10,6% çoxdur.

Vəsaitin 0,134 milyard manatı Azərbaycan Milli Elmlər Akademiyasına və 46 tabeli qurumuna yönəldiləcək. Bu isə illik müqayisədə 14,7% çoxdur.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT