Bu il iqtisadi artım 5%-dən çox olacaq

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycan İqtisadiyyat Nazirliyinin son proqnozuna görə, neftin bir barelinin ortaillik qiyməti 50 ABŞ dolları götürülməklə hazırlanmış makroiqtisadi proqnoz göstəricilərinə əsasən, cari ildə Azərbaycan ÜDM-i 5,1% artacaq.

İndex.az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Sözügedən şərtlər özünü doğrultduğu halda qeyr-neft ÜDM-i 6% artacaq.

2022-ci il üçün isə ÜDM-in real artımının 3,9% olacağı proqnozlaşdırılır və ilin sonuna 86,6 mlrd. manata çatacağı güman edilir. Qeyr-neft ÜDM-i isə 4,9% artacağı gözlənilir.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT