Azərbaycanda 500 manatlıq əsginas buraxıldı

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycan Mərkəzi Bankı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun əzəli torpağımız olan Qarabağın azadlığı uğrunda apardığı və zəfərlə başa vurduğu Vətən müharibəsinin yaddaşlara həkk olunması, Vətən müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və işğaldan azad edilmiş şəhər və rayonlarımızın tarixinin, milli və mədəni irsinin, flora və faunasının tərənnüm edilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə silsilə xatirə pul nişanlarını dövriyyəyə buraxıb.

İndex.az xəbər verir ki, onlar qarşıdan gələn 8 noyabr - Zəfər Günü ilə əlaqədar dövriyyəyə buraxılıb.

Xatirə pul nişanlarının üzərində "Qarabağ Azərbaycandır!", eləcə də Azərbaycanın işğaldan azad edilmiş şəhər və rayonlarının adları yazılıb.

Report

Azərbaycanda 500 manatlıq əsginas buraxıldı







ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT