Bu il 155 azərbaycanlı işçi BP-dəki işini itirib

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin ilk 3 rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 287 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

İndex.az xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib.

Məlumat üçün bildirək ki, 2020-ci ilin sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 442 nəfər olub. Rəqəmlərdən də göründüyü kimi bu ilin ilk 9 ayı ərzində BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 155 nəfər azalıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT