Avropa Mərkəzi Bankı gələn il faiz dərəcələrini sabit saxlaya bilər

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Avropa Mərkəzi Bankı (AMB) tərəfindən gələn il faiz dərəcələrinin artırılması ehtimalı çox azdır, çünki inflyasiya aşağı səviyyədə olaraq qalır.

İndex.az "Reuters"ə istinadən xəbər verir ki, bunu AMB-nin prezidenti Kristin Laqard deyib.

"Faiz dərəcələrinin artırılması ilə bağlı təlimatımızda dərəcələrin yüksəlməsində başlamazdan əvvəl yerinə yetirilməli olan üç şərti aydın şəkildə ifadə etmişik. Mövcud inflyasiya sürətlənməsinə baxmayaraq, ortamüddətli perspektivdə inflyasiyanın proqnozu aşağı olaraq qalır və beləliklə, sözügedən üç şərtin gələn il təmin olunma ehtimalı çox azdır", - K. Laqard bildirib.

Qeyd edək ki, Avropa inflyasiyanın 13 illik maksimuma çatması fonunda AMB-nin faiz dərəcələrini artıracağı və özünün yüngül (genişləndirici) monetar siyasətindən son on ildə ilk dəfə geri çəkiləcəyi gözlənilirdi.

Xatırladaq ki, oktyabr iclasından sonra AMB kreditlər üzrə baza faiz dərəcəsini sıfır səviyyəsində, depozitlər üzrə dərəcəsini -0,5%, marja kreditləri üzrə dərəcəsini 0,25% səviyyəsində saxlayıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT