SOCAR-a verilən səmt qazının həcmi açıqlandı

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin ilk üç rübündə SOCAR-a verilən səmt qazının həcmi artıb.

İndex.az xəbər verir ki, “BP Azərbaycan”dan verilən məlumata əsasən, 2021-ci ilin doqquz ayı ərzində Dövlət Neft Şirkətinə 2,2 milyard kubmetr səmt qazı verilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,5 faiz çoxdur.

Qeyd edilib ki, müvafiq dövrdə Azəri-Çıraq-Günəşli yatağından SOCAR-a əsasən “Səngəçal” terminalı, həmçinin Neft Daşlarındakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr səmt qazı verilib.



©Oxu.az

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT