Azəri-Çıraq-Günəşlidən hasilat təxminən 1 milyon ton azalıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

2021-ci ilin 3 rübü ərzində Azəri-Çıraq-Günəşlidən (AÇG) hasilat təxminən 126 milyon barel, yəni 17 milyon ton olub.

İndex.az bu barədə bp şirkətinin Biznes əməliyyatları hesabatınna istinadən xəbər verir.

"İlk üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (29 000), Mərkəzi Azəri (109 000), Qərbi Azəri (115 000), Şərqi Azəri (77 000), Dərinsulu Günəşli (87 000) və Qərbi Çıraq (44 000) platformalarından birlikdə – gündə orta hesabla 461 000 barel və ya ümumilikdə təxminən 126 milyon barel, yəni 17 milyon ton olub",- hesabatda deyilir.

Müqayisə şüün qeyd edək ki, 2020-ci ilin 3 rübü ərzində AÇG-dən hasilat gündə orta hesabla 482 000 barel və ya ümumilikdə təxminən 132 milyon barel, yəni 17.9 milyon ton təşkil etmişdi.

Bu il Sentyabrın 18-də AÇG layihəsi yataqdan 4 milyard barel ümumi hasilat əldə olunması uğurunu qeyd edib.

AÇG-nin illik iş proqramı çərçivəsində bu il iki platformada planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilib – ikinci rübdə Qərbi Azəridə və üçüncü rübdə Çıraq platformasında.

Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 136 neft hasilat quyusu, 30 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. Ötən ilin eyni dövründə Rübün sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu, 39 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olmuşdu.

2021-ci ilin üç rübü ərzində AÇG üzrə fəaliyyətlərə 398 milyon dollardan artıq əməliyyat məsrəfləri və təxminən 1 milyard 243 milyon dollar əsaslı məsrəflər xərclənmişdir. 2020-ci ilin ilk rübü ərzində AÇG üzrə fəaliyyətlərə təxminən 399 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 398 milyon dollardan çox əsaslı məsrəflər xərclənmişdi.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT