TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 2% artıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACCA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 30 403 min ton, yük dövriyyəsi isə 7 177,5 milyon ton-km olub.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,8% və 2,9% çoxdur.

9 ay ərzində yüklərin 17 037,2 min tonu və yaxud 56%-i avtomobil nəqliyyatı, 9 930,3 min tonu və yaxud 32,7%-i dəmir yolu nəqliyyatı, 3 435,5 min tonu və yaxud 11,3%-i dəniz nəqliyyatı ilə daşınıb.

Yüklərin 21,9%-ni və yaxud 6 654,1 min tonunu tranzit yüklər təşkil edib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT