TAP-la 6 milyard kubmetrə yaxın qaz nəql edilib

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycan qazını Avropaya daşıyan Trans-Adriatik boru kəməri (TAP) ilə ötən ilin dekabrın sonundan 6 mlrd. kubmetrə yaxın "mavı yanacaq" nəql edilib.

İndex.az TAP Konsorsiumuna istinadən xəbər verir ki, bunu konsorsiumun kommersiya direktor Mariya Savova deyib.

Qeyd olunur ki, TAP-ın əhəmiyyəti cari qaz bazarı kontekstində olduqca vacibdir. Təbii qaz və mövcud qaz infrastrukturu qlobal enerji keçidində strateji rol oynamağa davam edəcək.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanər Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT