Bu ölkədə "Youtube", "Facebook" və "Telegram" bloklandı

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Özbəkistan hakimiyyəti, vətəndaşlar haqqında məlumatların ölkədən kənarda saxlanmasını və işlənməsini qadağan edən şəxsi məlumatlar haqqında qanuna əsasən, ən böyük xarici internet platformalarının kütləvi şəkildə bloklandığını elan edib.

İndex.az xəbər verir ki, YouTube, Facebook, Telegram, Instagram, eləcə də Rusiyanın Odnoklassniki şəbəkəsi qadağan olunmuş saytlar, sosial şəbəkələr və messencerlərin reyestrinə daxil edilib.

"Özkomnadzor"un məlumatında deyilir ki, "Özbəkistan Respublikasının ərazisində internetdə müvafiq resurslardan istifadə müəyyən edilmiş qaydada məhdudlaşdırılır".

İyul ayından Özbəkistan xaricdə vətəndaşların şəxsi məlumatlarının saxlanması və emalı üçün TikTok, Twitter, VKontakte sosial şəbəkələrinə, həmçinin WeChat və Skype messencerlərinə girişi məhdudlaşdırıb.

Noyabrın 1-də prezident Şavkat Mirziyoyev məlumat qanunvericiliyinin pozulmasına görə daha sərt məsuliyyət nəzərdə tutan qanunu imzalayıb. Cinayət Məcəlləsinin yeni redaksiyasında 3 ilədək azadlıqdan məhrum etmə, həmçinin 2-3 ilədək islah işləri nəzərdə tutulur.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT