Rusiyada inflyasiya daha da sürətlənib

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Rusiyada illik inflyasiya oktyabrda bir ay əvvəlki 7,4%-ə qarşı 8,13%-ə yüksəlib

Oktyabrda Rusiyada illik inflyasiya sentyabrdakı 7,4%-ə qarşı 8,13%-ə qədər sürətlənib.

İndex.az Rusiya Federal Statistika Xitmətinin ("Rosstat) məlumatına istinadən xəbər verir ki, istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) aylıq ifadədə 1,11% artıb.

Oktyabrda ərzaq məhsulları sentyabr ayına nisbətən 2,17%, illik ifadədə isə 10,89%, qeyri-ərzaq məhsulları müvafiq olaraq 0,78% və 8,17% bahalaşıb. Oktyabrda xidmətlərin dəyəri aylıq ifadədə 0,01%, illik hesablamada isə 4,36% artıb.

Hesabata görə, ölkədə qida qiymətləri bu ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 10,89% artarkən, qiyməti ən çox artan əsas qida məhsullarından xiyarın qiyməti 90%, kartofun qiyməti 76%, pomidorun qiyməti isə 65% yüksəlib.

Qida məhsulları

Sentyabr ayı ilə müqayisədə oktyabrda xiyarın qiyməti- 48,7%, pomidorun - 43,8%, kartofun - 15,5%, portağalın - 10,7% və bananın qiyməti 5,8% artıb. Eyni zamanda, limon - 14,9%, alma - 5%, soğan - 2,4%, üzüm - 1,9%, yerkökü - 1,8% və ağ kələm - 0,2% ucuzlaşıb.

Dərmanlar və qeyri-ərzaq malları

Oktyabrda əsas və zəruri dərmanlar orta hesabla 0,3% bahalaşıb.

Həmçinin kibritlərin qiyməti 2,5%, sabun 1,7%, yuyucu tozlar, yaş salfetlər 1,2%, tualet kağızı, masa salfetləri 1%, səthi dezinfeksiya edən vasitələr 0,9%, uşaq bezləri 0,8% bahalaşıb.

Oktyabr ayında ölkədə avtomobil benzini, dizel yanacağı, kömür, yerli yeni və idxal edilmiş ikinci əl avtomobillər, stolüstü kompüter monitorları, televizorlar, elektrik tozsoranları, müəyyən növ geyimləy, ayaqqabılar, mebel, qab-qacaq, parfümeriya və kosmetika məhsulları və s. bahalaşıb.

Oktyabr ayında turizm xidmətlərinin qiymətində də artım qeydə alınıb. Digər xidmətlər də bahalaşıb.

Qiymətlərin yüksəlməsinin əsas səbəbi olaraq təklif və tələb bazarındakı balanssızlıq göstərilir.



Marja

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT