Avropada qaz 11% bahalaşdı

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Avropa bazarında qaz fyuçerslərinin qiyməti 11% artıb.

İndex.az xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.

Ümumiyyətlə, son aylarda Avropada qazın qiymətləri sürətlə artmaqdadır. Belə ki, hələ avqustun əvvəllərində TTF indeksi üzrə 1 000 kubmetr qazın qiyməti 515 ABŞ dolları təşkil edirdisə sentyabrın sonlarında qiymət 2 dəfədən çox artıb. Oktyabrın 6-da tarixi maksimuma - 1 000 kubmetr üçün 1 937 ABŞ dollarına çatan qaz qiymətləri tədricən azalmağa başlayıb.

Ekspertlər qaz qiymətlərinin artmasını bir neçə amillə əlaqələndiririlər. Bura Avropada qaz anbarlarının doluluq səviyyəsinin azlığı, əsas qaz tədarükçülərinin təklifinin məhdud olması, Asiyada qaza olan tələbin kəskin sürətdə artması kimi amillər daxildir. Qiymətlərin tədricən azalması isə Rusiya Prezidenti Vladimir Putinin “Qazprom”a Avropadakı anbarlarını doldurmaqla bağlı tapşırıq verməsi ilə əlaqələndirilirdi.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT