Türk lirəsi yenidən dəyərdən düşür

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu gün Türk lirəsi ABŞ dolları qarşısında təxminən 1,5% ucuzlaşaraq ən çox dəyər itirən inkişaf edən ölkə pul vahidi olub.

İndex.az xəbər verir ki, Dollar/TL məzənnəsi yenidən 9,7726 səviyyəsini görüb.

15%-dən başlayan KREDİTİ ONLAYN əldə et

Türkiyə Statistika Təşkilatı (TÜİK) Oktyabr ayına dair istehlakçı və istehsalçı qiymətləri indekslərini açıqlayıb. Belə ki, ölkdə istehlakçı qiymətləri indeksi (inflyasiya göstəricisi) 2020-ci ilin ilin eyni dövrü ilə müqayisədə 19,89% artıb.

Aylıq müqayisədə artım 2,39% olub.

Oktyabrda istehsalçı inflyasiyası isə illik 46,31% artıb. Beləliklə illik istehsalçı inflyasiyasında 2002-ci ilin İyun ayından bu yana ən yüksək səviyyə qeydə alınıb. Rəqəmlər istehlakçı və istehsalçı inflyasiyası arasındakı "qayçının" da rekord səviyyəyə yüksəldiyini göstərir.

Oktyabr ayında ötən lin eyni ayı ilə müqayisədə artımın ən yüksək olduğu qrup 27,41% qiymət artımı ilə qida və spirtsiz içkilər olub.

Bu qrupun ardınca 25,23% qiymət artımı ilə restoran və otellər, 23,03% ilə ev əşyaları gəlir.



Marja

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT