"Tiktok" bir çox ölkədə qadağan edilə bilər

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

2016-cı ildə istifadəyə verilən "TikTok" həm gördüyü tələb, həm də paylaşılan məzmun sayəsində tez bir zamanda qlobal qaynar nöqtəyə çevrilib.

Index.az xəbər verir ki, Çin əsaslı tətbiqin 2021-ci ilə qədər aylıq 29 milyarddan çox aktiv istifadəçisi var. "TikTok" 2020-ci ildə dünyada ən çox yüklənən proqram olub.

- İstifadəçilərin 70%-i 13-24 yaş arasındadır

Statistikalar minimum 13 yaşa əsaslansa da, "TikTok" daha kiçik uşaqlar tərəfindən də istifadə olunur.

- Fiziki və psixoloji zərər

Bildirilir ki, "TikTok"dakı məzmun uşaq və yeniyetmələrin psixologiyasına mənfi təsir göstərir. Çünki tətbiqdə şiddət videoları müsbət transfer edilərkən, pornoqrafik məzmun da paylaşılır.Praktikadakı tendensiyalar isə istifadəçilərə fiziki cəhətdən zərər verə bilər.

- Pakistan, İndoneziya, Banqladeş və Hindistanda qadağan edilib

"TikTok" təhlükəsizlik baxımından dövlətlərin gündəmində mühüm yer tutur. Tətbiq indiyədək Pakistan, İndoneziya, Banqladeş və Hindistanda qadağan edilib.

Şəxsi məlumatlara daxil olmaq və qeyd etmək məqsədi daşıdığı bildirilən tətbiq, bir çox ölkədə məxfilik səbəbiylə məhkəməyə verilib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT