Bu avtomobillər aksiz vergisinə cəlb ediləcək

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycanda mühərrikinin həcmi 3 000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinin aksiz vergisinə cəlb olunması təklif edilir.

İndex.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Aksizin dərəcəsi mühərrikin həcmi 4 000 kubsantimetrə qədər olduqda 5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 15 manat, mühərrikin həcmi 5 000 kubsantimetrə qədər olduqda 20 600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 40 manat, mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 60 600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 80 manat olmaqla tətbiq olunacaq.

Bundan başqa, müvafiq qanun layihəsinə əsasən, ölkəyə idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz vergisi benzin mühərrikli minik avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT