“Netflix” oyun sektoruna daxil oldu

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

“Netflix” striminq xidməti artıq oyun sektoruna daxil olub.

Artıq xidmətin abunəçiləri mobil oyunlardan istifadə etmək imkanı qazanıblar.

İndex.az xəbər verir ki, hələ ki, yenilik yalnız “Android” cihazları üçün nəzərdə tutulub.

Hazırda bu proqram təminatı ilə çalışan qurğuların sahibləri “Stranger Things: 1984”, “Stranger Things - 3: The Game”, “Shooting Hoops”, “Card Blast” və “Teeter Up” olmaqla, beş oyundan yararlana bilərlər.

Şirkətdən verilən məlumata görə, yaxın gələcəkdə bu oyunların sayı artırılacaq.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT