"Tesla"nın səhmləri Maskın açıqlaması ilə ucuzlaşdı

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Tesla şirkətinin səhmləri, Baş direktor İlon Maskın (Elon Musk) Twitter üzərindən Hertz ilə hələ müqavilə imzalamadıqlarını bildirməsindən sonra ucuzlaşıb.

İndex.az xəbər verir ki, Musk, avtomobil icarəsi şirkəti Hertz-in keçən həftə açıqladığı 100 min ədədlik "Model 3 Sedan" elektromobili üçün 4,2 milyard dollarlıq müqavilənin indiyədək imzalanmadığını bildirib.

"Tesla"nın səhmləri məlumatdan sonra bazarlar açılmadan əvvəlki əməliyyatlarda 6,9% ucuzlaşıb.

"Tesla"nın səhmləri, Hertz-in elektrikli avtomobil icarəsi xidmətinə sərmayə qərarının ardından sonra 10% dəyər qazanmışdı. Bir səhmin dəyəri 1000 dollara qədər yaxınlaşmış, Teslanın bazar dəyəri isə ilk dəfə 1 trilyon dollara çatmışdı.

ABŞ şirkəti Hertz, nəqliyyat parkını böyütmək üçün 2022-ci ilin sonuna qədər 100 min Tesla sifariş verdiyini açıqlamışdı.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT