SOCAR: “Gürcüstana ixrac edilən qazın qiyməti əslində qeyd edilən qiymətdən xeyli yüksəkdir”

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu gün sosial şəbəkələrin gündəmində olan məsələlərdən biri də Azərbaycanda əhaliyə satılan qazın qiymətinin guya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstana satdığı qazın qiymətindən yüksək olmasıdır. İddia olunur ki, Azərbaycanda əhaliyə satılan 1 000 kubmetr təbii qazın tarifləri 70,5 ABŞ dolları, 118 ABŞ dolları və 147 ABŞ dolları olduğu halda, Azərbaycanın Gürcüstana satdığı təbii qazın qiyməti daxili tariflərin yuxarı həddindən aşağıdır və cəmi 92 ABŞ dolları təşkil edir.

İndex.az xəbər verir ki, həmçinin iddia olunur ki, bp şirkətinin “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxardığı səmt qazı SOCAR-a ödənişsiz verilir və SOCAR bu qazın hesabına ölkə tələbatının 40%-ini pulsuz təmin edə bilər.

Səslənən bu iddiaların nə dərəcədə doğru olmasına aydınlıq gətirən SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Report”a bildirib ki, SOCAR-ın Gürcüstana ixrac etdiyi təbii qazın qiyməti əslində qeyd edilən qiymətdən hazırda xeyli yüksəkdir.

Onun sözlərinə görə, ixrac olunan qazın topdansatış qiyməti müvafiq razılaşdırılmış düstur əsasında dəyişir: “Bu qiymətin üzərinə qazpaylayıcı şəbəkələrin xərcləri də gələndə hazırda Gürcüstan əhalisi üçün qüvvədə olan tarif – yəni 1 000 kubmetr qaz üçün 180 ABŞ dolları – hasil olur. Bu da iddia olunan 92 ABŞ dolları qiymətindən iki dəfə yüksəkdir. Gürcüstanda kommersiya təyinatlı qurumlar üçün topdansatış və parəkandə satış qiymətləri daha yüksəkdir və hər 1 000 kubmetr üçün, müvafiq olaraq, 190 və 360 ABŞ dolları təşkil edir. Daha uzaq ölkələrə ixrac etdiyimiz təbii qazın qiyməti isə daha da yüksəkdir”.

SOCAR rəsmisi eyni zamanda qeyd edib ki, Nazirlər Kabinetinin 28 dekabr 2020-ci il tarixli qərarı ilə bu ildən etibarən ölkə daxilində təbii qazın istehsalçılardan satın alınması, nəqli, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkili ilə “Azərkontrakt” ASC məşğul olıur: “Yəni, istər bp, istərsə də digər şirkətlərdən və o cümlədən SOCAR-dan qazın əldə olunmasının haqq-hesabı “Azərkontrakt”a aid olan məsələdir. SOCAR-ın artıq bu haqq-hesaba aidiyyəti yoxdur”.

İ. Əhmədov bildirib ki, ancaq ötən ilə nəzər salsaq da, görərik ki, bp-nin Azərbaycana təhvil verdiyi səmt qazının həcmi 2,2 milyard kubmetr olub: “Azərbaycanın daxili qaz istehlakı isə 2020-ci ildə 12 milyard kubmetr təşkil edib. Yəni bp vasitəsilə “Azəri-Çıraq-Günəşli” yataqlarından alınan qaz ümumi daxili istehlakın 40%-ini deyil, 18%-ini təşkil edir. bp-dən əldə edilən qazın yalnız hasilat xərci sıfıra bərabər olub, ancaq qazın təmizlənməsi, daşınması, saxlanılması, ölkə ərazisində paylanması - boru kəmərlərinə xidmət, enerji sərfiyyatı, vergi, inzibati xərcləri kimi digər məsrəflər öz yerindədir. Sadəcə "Azəri-Çıraq-Günəşli"dən əldə edilən səmt qazının ümumi maya dəyəri digər mənbələrdən əldə edilən təbii qazın maya dəyəri ilə müqayisədə kifayət qədər aşağı olub”.

Qurum rəsmisi qeyd edib ki, bu gün SOCAR Azərbaycanda təbii qazı hasil edən yeganə şirkət deyil, istehsalçı şirkətlərdən biridir: “Azərkontrakt” isə təbii qazı müxtəlif şərtlərlə SOCAR, bp və digər şirkətlərdən alır, elektrik enerji istehsalçılarına, qazpaylayıcı şəbəkələrə topdansatış qiyməti ilə satır və aldığı qazın qiyməti, mənbəyindən asılı olaraq, dəyişir”.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT