Ölkədə plastik kartların sayı 10 milyonu keçəcək

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

2021-ci ilin sonuna Azərbaycanda olan plastik kartlarının sayı 10,4 milyon ədədə çatacağı gözlənilir.

İndex.az xəbər verir ki, bu barədə "Mastercard"ın Azərbaycan üzrə meneceri Erdem Çakar deyib.

"Bu 2017-ci illə müqayisədə 79 % artım deməkdir. Belə ki, 2017-ci ildə bu rəqəm 5,8 milyon olub", - E.Çakar bildirib.

Onun sözlərinə görə, Azərbaycan innovativ təşəbbüslərə daha asan uyğunlaşır:

“Azərbaycanda bir çox innovativ layihələrimiz olacaq. Həmçinin bu vaxta qədər “Bravo” marketlə etdiyimiz kampaniyanı davam etdirəcəyik”.

“MasterCard” rəsmisi Şamaxıda nəqliyyat sistemində kartla ödəmədə böyük uğur əldə edildiyini illik tranzaksiyaların 2 milyona çatdığını qeyd edib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT