Avropada qazın qiyməti 850 dolları ötdü

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 850 ABŞ dollarını ötüb, halbuki dünən bu göstərici 740 dollaradək enmişdi.

İndex.az bu barədə birja xəbərlərinə istinadən məlumat verir.

Məlumata görə, 2 noyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti 854 dollar təşkil edib, bu da gün ərzində 6% artım deməkdir.

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT