BP-nin xalis zərəri 6 dəfə artıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin III rübündə Böyük Britaniyanın BP neft-qaz şirkətinin səhmdarlara aid olan xalis zərəri keçən ilin eyni dövründəki 450 mln. ABŞ dollarına qarşı 2,544 mlrd. dollar təşkil edib. Göründüyü kimi, şirkətin xalis zərəri 5,6 dəfə artıb.

İndex.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Qeyd olunur ki, cari ilin yanvar-sentyabr aylarında BP bir il əvvəlki 21,66 mlrd. dollar zərərə qarşı 5,24 mlrd. dollar xalis mənfəət əldə edib.

III rübdə BP-nin gəliri 37% artaraq 36,17 mlrd. dollar təşkil edib. Hesabat dövründə sərbəst pul axını bir il əvvəlki 5,2 mlrd. dollara qarşı 5,98 mlrd. dollar təşkil edib, əsaslı xərclər isə 20% azalaraq 2,9 mlrd. dollar olub.

İyul-sentyabr aylarında BP qrupunda gündəlik hasilat illik ifadədə 7,7% azalaraq 3,269 mln. barel neft ekvivalentinə düşüb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT