"Instagram"ın işində problem yaranıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bir sıra ölkələrdə instaqram sosial şəbəkəsinin istifadəçiləri xidmətin işindəki nasazlıqdan şikayətlənirlər.

İndex.az xəbər verir ki, bunu məşhur internet resurslarının nasazlıqları və əlaqənin kəsilməsini izləyən “Downdetector” saytının məlumatları göstərir.

Belə ki, əksər istifadəçilər tətbiqdən şikayətlənir, serverə qoşularkən və saytın fəaliyyətindəki nasazlıqlar qeyd olunur.

Sosial şəbəkənin işində problemlər, o cümlədən Rusiya, ABŞ, Böyük Britaniya, Avstraliya, Fransa və s. Ölkələrdə müşahidə edilir.

Xatırladaq ki, instaqramda təkcə oktyabrda azı 5 dəfə nasazlıq müşahidə olunub. Ötən ay sosial şəbəkədə dəfələrlə problemlər qeydə alınıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT