Avropada qazın qiyməti yenidən artdı

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

ICE birjasının məlumatlarına görə, bugünkü ticarət zamanı Avropada qazın qiyməti Yamal-Avropa vasitəsilə Almaniyaya birbaşa qaz nəqlinin dayandırılması fonunda 11% bahalaşıb.

İndex.az xəbər verir ki, dekabr fyuçerslərinin qiyməti ticarətin açılışında 1000 kubmetr üçün təxminən 861 dollara yüksəlib (və ya MVt/saat üçün 72 avro). Ümumi qiymət artımı 11%-i ötüb.

Yamal-Avropa kəməri ilə Avropaya qaz nəqli şənbə günü səhər dayandırılıb və hələ də bərpa olunmayıb.

Bundan əlavə, Əlcəzair Mərakeşlə münaqişəyə görə Mərakeş vasitəsilə Mağrib-Avropa qaz kəməri ilə İspaniyaya qaz nəqlini dayandırıb. Əlcəzair mayeləşdirilmiş təbii qazın nəqli üçün "Medgaz" qaz kəmərindən ("Medgaz", Əlcəzairin ən böyük qaz yatağından İspaniyaya çəkilib) və tankerlərdən istifadə edərək ispan tərəfdaşı qarşısında öhdəliklərini yerinə yetirməyə davam edəcək.

Oktyabrın 29-da Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dollardan aşağı düşmüşdü.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT