Tikililərin istismarına rüsumla icazə veriləcək

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycanda tikinti obyektinin istismarına icazənin verilməsi üçün dövlət rüsumu müəyyən edilir.

İndex.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna bununla bağlı dəyişiklik təklif olunur.

Qanuna dəyişikliyə əsasən, tikinti obyektinin istismarına icazənin verilməsi üçün 60 manat dövlət rüsumunun tutulması təklif edilir.

Qeyd edək ki, indiyə qədər bu məsələ Nazirlər Kabinetinin qərarı ilə tənzimlənirdi və dövlət rüsumu tutulmurdu.




Trend

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT