Tailanda səyahət edən bu şəxslərə karantin tətbiq olunmayacaq

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Aşağı yoluxma səviyyəsinə malik 63 ölkədən gələn və koronavirusa qarşı tam peyvənd olunmuş səyahətçilərə Tailandda karantin tətbiq olunmayacaq.

İndex.az TASS agentliyinə istinadən xəbər verir ki, ölkələr üzrə siyahının noyabrın 15-də növbəti dəfə yenilənəcəyi planlaşdırılır.

Yeni qaydalara görə, səyahətçilər səfərin ilk günü verdikləri PCR testin neqativ nəticəsini gözləmək üçün ilk gecəni oteldə gecələməli olacaq, nəticəni əldə etdikdən sonra isə ölkənin istənilən nöqtəsinə səfər edə biləcəklər.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT