Rüsumların artması nəticəsində büdcəyə 100 milyon manat daxil olacaq

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycanda dövlət rüsumlarının məbləğinin dəyişdirilməsi nəticəsində daxil olacaq əlavə vəsaitin təqribi məbləği açıqlanıb.

İndex.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibakrlıq komitəsinin noyabrın 1-də keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, bu dəyişikliklər nəticəsində 100 milyon manatdan artıq əlavə vəsaitin daxil olması nəzərdə tutulur.

Qeyd edək ki, "Dövlət rüsumu haqqında"qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT